“Gürcüstan hakimiyyəti ətrafındakıların Saakaşvilini zəhərləyəcəyindən qorxur”

gurcustan-hakimiyyeti-etrafindakilarin-saakasvilini-zeherleyeceyinden-qorxur
Oxunma sayı: 2553

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti insanların respublikanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşməsinə icazə verməklə bağlı çox ehtiyatlı davranır, çünki onlar öz çevrəsindən olan şəxslərin siyasətçini zəhərləyəcəyindən qorxurlar”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu sabiq dövlət başçısının müalicə aldığı “Vivamed” klinikasının baş direktoru Nino Nadiradze “İmedi” telekanalına müsahibəsində deyib.

“Penitensiar sistem o qədər qorxur ki, təhlükəsizlik tədbirlərini xeyli gücləndirib. Anladığım qədərilə bu baxımdan təhlükə çox böyükdür”, - Nadiradze bildirib.

Onun sözlərinə görə, eks-prezidentin özünün, ailə üzvlərinin və vəkillərinin onun zəhərlənməsi ilə bağlı iddiaları yalandır.

Həmçinin oxuyun: Джейхун Байрамов встретился с Махмудом Аббасом - Фото