Gürcüstan parlamenti Zurabişvilinin impiçmenti ilə bağlı bunu təsdiqlədi

gurcustan-parlamenti-zurabisvilinin-impicmenti-ile-bagli-bunu-tesdiqledi
Oxunma sayı: 3056

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin impiçmenti üçün atılan imzaların həqiqiliyini təsdiq edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin komitə sədri İrakli Kadagişvili iclas zamanı çıxışında deyib.

“Yoxlama nəticəsində 80 deputatın imzasının həqiqiliyi müəyyən edilib”, – deyə komitə sədri  bildirilib.

Xatırladaq ki, Prezident Salome Zurabişvili hökumətin razılığını almadan Avropaya səfər edərək bir sıra ölkələrin liderləri ilə görüşüb.