Gürcüstan parlamentinin hakim “Gürcü arzusu” fraksiyası Prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün 50 deputatın imzasını toplamağa start verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə fraksiya lideri Mamuka Mdinaradze brifinqdə məlumat verib.
“Sənədlərin hazırlanması çərşənbə gününə qədər başa çatacaq, sonra onlar Prosessual Məsələlər Komitəsinə təqdim olunacaq ki, o da öz növbəsində imzaların həqiqiliyini yoxlayacaq. Bundan sonra biz bu sənədləri Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim edəcəyik”, - Mdinaradze bildirib.