Gürcüstanda selin fəsadları aradan qaldırılır

gurcustanda-selin-fesadlari-aradan-qaldirilir
Oxunma sayı: 1460

Gürcüstanın qərbində selin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.

“Qafqazinfo” Gürcüstanın Avtomobil Yolları Departamentinə istinadən xəbər verir ki, əsas olaraq güclü yağış və sel nəticəsində zərər görmüş yol və körpülərin bərpası üzrə işlər aparılır.

Məlumatda deyilir ki, departamentin əməkdaşları fasiləsiz rejimdə işləyir.

Ətraf bölgələrdə əlaqəsi kəsilmiş kəndlərlə əlaqəni bərpa etmək üçün yollar təmizlənir.

Qeyd edək ki, güclü yağışlar Gürcüstanın qərbində çaylarda suyun səviyyəsinin artmasına və torpaq sürüşmələrinə səbəb olub. Sinoptiklərin proqnozlarına əsasən, yağışlı hava iyulun 29-na kimi davam edəcək.