Gürcüstanın ABŞ-dəki səfiri Davit Zalkaliani və Niderland Krallığındakı səfiri David Solomonia istefa verib.
“Qafqazinfo” xəbər verir ki, onlar bu haqda öz sosial şəbəkə hesablarında yazıb.
Səfirlər hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verdiklərini açıqlayıblar.
David Solomonia istefa ərizəsində öz vəzifə borcunu vicdanla yerinə yetirdiyini qeyd edib:
“İnanırdım ki, proseslərə müəyyən qədər də olsa təsir edə bilərəm. Bu gün bu ümid sona çatdı”.