Gürcüstanın Rusiya ilə uçuşları bərpa etməsindən təəssüfləndiyini bildirdi

gurcustanin-rusiya-ile-ucuslari-berpa-etmesinden-teessuflendiyini-bildirdi
Oxunma sayı: 2437

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşündə Tbilisi ilə Moskva arasında hava əlaqəsinin bərpasından təəssüfləndiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mənə Aİ-nin 27 ölkəsinin razılaşdığı mesajı çatdırmaq tapşırılıb ki, biz Gürcüstan hökumətinin Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasını qəbul etmək qərarından təəssüflənirik”, - Gerçinski deyib.

Xatırladaq ki, mayın 19-u Rusiya və Gürcüstan arasında 2019-cu ildən bu yana dayandırılan uçuşlar bərpa edilib.