Habil Məmmədov yenə şagirdləri ilə gündəmə gəldi - Video

Habil Məmmədov yenə şagirdləri ilə gündəmə gəldi
Oxunma sayı: 2382

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və şagirdlərinin növbəti ifası sosial şəbəkələrdə yenidən marağa səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, xanəndəlik sinfinin şagirdləri Hüseynzadə Ayxan, Mustafazadə Zamiq və Kərimova Fatimə müəllimləri ilə birgə “Samovarın xəkəsi”ni ifa ediblər. 

Son dövrlərdə daha çox məşhurlaşan təsnifi uşaqların ustalıqla ifa etməsi də diqqət çəkib. Onların yeni görüntülərini müəllimləri Habil Məmmədov feysbukda paylaşıb.  Fenomenlərin həmin ifası qısa müddət ərzində yenidən populyarlıq qazanmağa başlayıb.  

 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi