Hacıqabul-Horadiz yolunda ağır qəza, ölən var

haciqabul-horadiz-yolunda-agir-qeza-olen-var
Oxunma sayı: 1565

Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb. 

Nəticədə o hadisə yerinə həyatını itirib. Araşdırma aparılır.