Hadisə onunla da yollarını ayırdı

hadise-onunla-da-yollarini-ayirdi
Oxunma sayı: 4118

Məşhur türkiyəli müğənni Hadisə rejissor sevgilisi Şenol Sönmezdən ayrılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün münasibəti cəmi 6 ay davam edib.

Məlumata görə, 39 yaşlı pop ulduz sevgilisini sosial şəbəkə hesabında izləmədən çıxarıb. Lakin Sönmez müğənnini izləməyə davam edir. Buna baxmayaraq, o, “Esas oğlan”ın premyerası və çəkilişi zamanı çəkilmiş poster istisna olmaqla, Hadisənin yer aldığı bütün fotoları sosial media hesabından silib.

Qeyd edək ki, 44 yaşlı Ş. Sönmez Hadisənin rol aldığı “Esas oğlan” serialının rejissorudur.