Hadisə zəlzələdən zərərçəkən uşaqların təhsilinə dəstək verəcək

hadise-zelzeleden-zererceken-usaqlarin-tehsiline-destek-verecek
Oxunma sayı: 1552

Türkiyəli müğənni Hadisə verəcəyi konsertin gəlirini zəlzələdən zərərçəkənlər üçün ianə edəcək.

“Qafqazinfo” Türkiyə mediasına  istinadən xəbər verir ki, konsert mayın 5-də İstanbulda "Volkswagen Arena"da baş tutacaq.

Hadisə zəlzələdə valideynlərini itirmiş uşaqların təhsilinə töhfə vermək üçün konsertindən əldə etdiyi bütün gəliri Türkiyə Təhsil Dərnəyinə bağışlayacaq.