Haiti Prezidenti ilə xanımı qətlə yetirildi - Yenilənib

haiti-prezidenti-ile-xanimi-qetle-yetirildi
Oxunma sayı: 7924

Haitinin 53 yaşlı Prezidenti Jovenel Moiz sui-qəsd nəticəsində qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün gecə saatlarında Prezidentin şəxsi iqamətgahına hücum edilib və o güllələnib.

***

Hücum edən şəxslərin bəzilərinin ispan dilində danışdığı deyilir. Bununla belə, vəziyyətin Milli polisin və Haiti Silahlı Qüvvələrinin nəzarəti altında olduğu elan edilib. Dövlətin işində davamlılığın və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülür.

Bəzi məlumatlara əsasən, basqın zamanı Prezidentin həyat yoldaşı Martin Moiz də xəsarət alıb.

***

Prezidentin xanımı Martin Moiz dünyasını dəyişib.