Hasan Bitmezin səhhəti necədir? - Karamollaoğlu açıqladı

hasan-bitmezin-sehheti-necedir
Oxunma sayı: 2860

Xəbər verdiyimiz kimi, iki gün öncə Türkiyədə “Saadet” partiyasının Kocaelidən olan millət vəkili Hasan Bitmez parlamentdə çıxışı zamanı huşunu itirib. Sözügedən partiyanın sədri Temel Karamollaoğlu Bilkent Şəhər Xəstəxanasından deputatın son vəziyyətini öyrənib. 

“Qafqazinfo” xəbər verir ki, T. Karamollaoğlunun sözlərinə görə, dekabrın 12-dən bu günə kimi millət vəkilinin səhhətində dəyişiklik olmayıb.

“Hələ də huşsuz vəziyyətdədir. İnşallah, özünə gələr. Gözləyib görəcəyik. İnanıram ki, həm həkimlərimizin müdaxiləsi, həm də dualarımızla normal həyata dönəcək”, - deyə T. Karamollaoğlu qeyd edib.

Xatırladaq ki, H. Bitmez huşunu itirdikdən sonra ona hadisə yerində uzun müddət ürək masajı edilib və sonra o, xəstəxanaya çatdırılıb.