Hataydan uçuşlar davam edir

hataydan-ucuslar-davam-edir
Oxunma sayı: 1765

"Zəlzələdən sonra Hatay Hava Limanının eniş-qalxış zolağı yenidən yoxlanıldı, hər hansı problemin olmadığı müəyyən edildi".

"Qafqazinfo" xəbər verir ki, bunu Türkiyə Hava Yollarının (THY) rəhbəri Bilal Ekşi tviter səhifəsində yazıb.

“Təyyarəmiz hava limanından təhlükəsiz şəkildə uçuş icra etdi”, - deyə o bildirib.

Qeyd edək ki, 20 fevral yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə ardıcıl güclü zəlzələlər baş verib, daha sonra 5 bal ətrafında afterşoklar olub. Nəticədə 3 nəfər həlak olub, 213 nəfər yaralanıb.