Hava ilə bağlı növbəti xəbərdarlıq - Bakıda 8 dərəcə şaxta

hava-ile-bagli-novbeti-xeberdarliq
Oxunma sayı: 12145

Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.

Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.