“Hazırkı beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır".
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, dünya sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməyə davam edir:
"Artan dözümsüzlük və ayrı-seçkilik tendensiyası, xüsusən də islamofobiya və nifrət nitqinin həyəcanverici dalğası narahatedicidir. Bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır. Artan çağırışlar fonunda BMT-nin beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir”.