Həbs edilən Antalya bələdiyyə sədrinin vəzifələrini o icra edəcək

hebs-edilen-antalya-belediyye-sedrinin-vezifelerini-o-icra-edecek
Oxunma sayı: 1505

Həbs edilən Muhittin Böcekin səlahiyyətlərinin dayandırılmasından sonra Antalya Böyükşəhər Bələdiyyə sədrinin müavini seçilib.

“Qafqazinfo” xəbər verir ki, bununla da Böcekin səlahiyyətləri CHP üzvü Büşra Özdemirə həvalə edilib.

O, gizli səsvermədə etibarlı 75 səsin hamısını toplayaraq sədr müavini seçilib.

Xatırladaq ki, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri ilə bağlı korrupsiyaya dair aparılan araşdırmalar çərçivəsində həbs olunub.