“Heç bir uşağım yoxdur” – - Putinin sevgilisi

hec-bir-usagim-yoxdur-
Oxunma sayı: 3284

Rusiya prezidenti Vladimir Putinlə uzun illərdir ki, adı hallanan keçmiş gimnast, Dövlət Dumasının deputatı Alina Kabayeva “Bolşoy sport” jurnalına müsahibəsində şəxsi həyatından bəhs edib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Kabayeva müsahibədə qeyd edib ki, o, idman həyatı ilə gündəmdə qalmaq istəyir və onun Putindən uşaqları yoxdur: “Həyat təcrübəsi mənə kimisə şəxsi həyatıma daxil etməməyi öyrədib. Şəxsi həyatım istisna olmaqla, iş, festival, eləcə də digər fəaliyyətlərim  haqqında danışmağa hazıram. Təkcə onu deyə bilərəm ki, mənim uşaqlarım yoxdur. Bu, həqiqətdir”.

Rusiya prezidentinin Alina Kabayeva ilə 2008-ci ildən münasibətlərinin olduğu, bu münasibətdən Putinin 3 yaşlı oğlu və 1 yaşlı qızının olduğu iddia olunur.

Qeyd edək ki, Vladimir və Lyudmila Putina iyunun 6-da Kremldə balet tamaşasına baxdıqdan dərhal sonra “Rusiya -24” kanalının efirində boşandıqlarını rəsmən elan ediblər. 28 iyulda cütlüyün toy gününün 30-illiyi tamam olur. Onların iki qız övladları var: 1985 təvəllüdlü Mariya və 1986-cı ildə doğulan Katerina.