Həftənin ilk iş günündə 36° isti olacaq

heftenin-ilk-is-gununde-36-isti-olacaq
Oxunma sayı: 4090

Azərbaycanda mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim Cənub küləyi əsəcək, axşam Şimal-Qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 26-31°, bəzi yerlərdə 33° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 50 faiz təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 7-12°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 14-19°, bəzi yerlərdə 21-26° isti olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 14-19°, bəzi yerlərdə 21-26° isti olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 29-34° isti olacağı ehtimalı var.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21°, gündüz 28-33° isti, dağlarda gecə 17-20°, gündüz 25-27° isti olacağı proqnozlaşdırılır.

Həmçinin oxuyun: “Карабах”-цы с семьями - Фото