Həkimlərimiz Türkiyədə xidmətə davam edir - Video

hekimlerimiz-turkiyede-xidmete-davam-edir
Oxunma sayı: 1019

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

Belə ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.