Həlak olan Müşfiq 3 aydan sonra tərxis olunacaqmış... - Fotolar

helak-olan-musfiq-3-aydan-sonra-terxis-olunacaqmis
Oxunma sayı: 5066

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, əsgər Nəsirov Müşfiq 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində anadan olub.

Müəllim ailəsində böyüyən Müşfiq sıravi əsgər olub. O, dörduşaqlı ailənin sonbeşiyi idi. Müşfiqin özündən böyük iki bacısı, bir qardaşı var. 

2020-ci ilin oktyabrında hərbi xidmətə yollanan Müşfiq 2022-ci ilin aprel ayında tərxis olunacaqdı.

Həmçinin oxuyun: Hərbçimiz həlak oldu

Rasim Məmmədli