Həlak olan Vüqar Hüseynov Azərbaycan vətəndaşı deyil - Yenilənib

helak-olan-vuqar-huseynov-azerbaycan-vetendasi-deyil
Oxunma sayı: 19407

Moskva vilayətinin Səhiyyə Nazirliyi terror aktı nəticəsində ölənlərin ilkin siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda azərbaycanlı olması ehtimal edilən 1983-cü il təvəllüdlü “Hüseynov Vüqar oğlu” da var. Siyahıda həmin şəxsin ad və ya ata adının qeyd edilməməsi, məlumatın yarımçıq olması diqqəti cəlb edib.

Hazırda dəqiqləşdirmələr davam etdirilir.

***

Azərbaycanın Xarici İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, terrorda ölənlər arasında azərbaycanlıların olması ehtimalı araşdırılır: “Hazırda araşdırma aparılır. Siyahı ilə bağlı məlumatımız var. Dəqiqləşən kimi məlumat veriləcək”.

***

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sorğumuza cavab olaraq bildirib ki, terror hadisəsi zamanı həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmaması müəyyən edilib.