İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına endirdiyi zərbələr zamanı HƏMAS Siyasi Bürosunun üzvü, rabitə şöbəsinin rəhbəri İzzəddin Kassabı öldürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Xan Yunis bölgəsinə zərbə endirib və terrorçu İzzəddin Kassabı məhv edib. Kassab HƏMAS-ın siyasi bürosunun üzvü idi və Qəzza zolağında HƏMAS ilə digər terror təşkilatları arasında koordinasiya və əlaqəyə cavabdeh idi. Onunla bərabər onun köməkçisi, yaraqlı Ayman Ayeş də məhv edilib”, - məlumatda deyilir.