Həmin ailələrə birdəfəlik maddi yardım ödənildi

hemin-ailelere-birdefelik-maddi-yardim-odenildi
Oxunma sayı: 566

Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.

“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb.  

Birdəfəlik maddi yardımlar ümumilikdə 76103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.

Bundan əvvəl isə DSMF dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR üzrə dekabr ayının pensiyalarını, dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyalarını, dekabrın 25-də isə dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlarını ödəyib.

Fond tərəfindən dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.