“Həmin silahları Kiyevə göndərməyəcəyik”

hemin-silahlari-kiyeve-gondermeyeceyik
Oxunma sayı: 2144

“Biz Kiyevə alman əsgərlərinin köməyi ilə istifadə edilə bilən silahlar göndərməyəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts alman deputatların suallarını cavablandırarkən deyib.

Alman zabitlərinin Krım körpüsünü dağıtmaq üçün Kiyevə uzaqmənzilli “Taurus” raketləri göndərməyi planlaşdırdığı səs yazısının əks-sədaları fonunda, Şoltsdan Kiyevə silah tədarükü ilə bağlı yeni açıqlama gəlib:

“Bu, mənim Almaniya kansleri olaraq keçmək istəmədiyim bir xəttdir. Ona görə də qərar verdim və mövqeyimi izah etdim”.