Heqsetlə gərginlikdən sonra istefa verdi

heqsetle-gerginlikden-sonra-istefa-verdi
Oxunma sayı: 208

ABŞ-nin ordu katibi Den Driskol istefa ərizəsini Prezident Donald Trampa təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, CNN-ə danışan və məsələ ilə tanış olan üç mənbənin məlumatına görə, Driskolun istefası müdafiə naziri Pit Heqsetlə yaşadığı gərginlik fonunda olub.

Mənbələrdən biri bu səbəbdən qərarın gözlənilməz olmadığını bildirib.

Ağ Evin sözçüsü Anna Kelli Driskolun fəaliyyətini yüksək qiymətləndirib.