“Hər gün 6 milyon manatlıq qaz yanır” – - Xəzərdəki yanğın

her-gun-6-milyon-manatliq-qaz-yanir-
Oxunma sayı: 2130


İqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, yataqda hər gün yanan qazın miqdarı “Şahdəniz” yatağının gündəlik hasilatından çoxdur: “Bulla-Dəniz yatağında hər gün daxili qiymətlərlə 6 milyon manatlıq, dünya bazar qiymətləri ilə isə 16,5 milyon dollarlıq qaz yanır. Yanğın başlayandan ötən 15 gün ərzində zərər daxili qiymətlə 90 milyon manat, dünya bazar qiymətləri ilə isə 247.5 milyon dollara çatıb”.

Ekspert əlavə edib ki, dəyən zərər hər gün atdığı halda həm hasilata, həm də mühafizəyə məsul olan dövlət orqanları yanğının qarşısını almaqda acizlik göstərir: “Halbuki ötən bir neçə il ərzində təkcə Fövqəladə Hallar Nazirliyinə texniki potensialın gücləndirilməsi üçün 100 milyonlarla manat ayrılıb”. /“Media forum”/