Hərbçinin prokurorluqda zorakılığa məruz qalması videosu ilə bağlı - Açıqlama

herbcinin-prokurorluqda-zorakiliga-meruz-qalmasi-videosu-ile-bagli
Oxunma sayı: 12136

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciətinə rəsmi münasibət bildirilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi  başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilib.

Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Həmçinin oxuyun: “Yağış yağanda evimiz neçə yerdən damır” - Şəhid ailəsi daxmada yaşayır