Hərbi tibb personalımız Kahramanmaraşdadır

herbi-tibb-personalimiz-kahramanmarasdadir
Oxunma sayı: 2141

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalımız hazırda Kahramanmaraş ərazisindədir.

Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlərimiz zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.