Həsən Əliyev bürünc qazandı- - Yenilənib

hesen-eliyev-burunc-qazandi-
Oxunma sayı: 8597


“Qafqazinfo”nun məlumatına görə, Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 

25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşəcək.

***

75 kq çәki dәrәcәsәindә Elvin Mürsәliyev slovakiyalı Riqa Riçardla qarşılaşır. Görüş başladı.

***

Elvin Mürsәliyev 8:0 qәlәbә qazanaraq 1/8 finala çıxdı.

***

66 kq çəki dərəcəsində Həsən Əliyev 1,8 final mərhələsinin görüşün çıxır. O, xorvatiyalı Yaneçiç Daniellə qarşılaşır.

***

85 kq çəki dərəcəsində yarışan Saman Təhmisibi italiyalı Parisi Fabio ilə üz-üzə gəlir.

***

Həsən Əliyev 5:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxır.

***

Saman Təhmasibi 8:0 hesabı ilə qalib gəlib 1/8 finala çıxır.

***

75 kq çəki dərəcəsində Elvin Mürsəliyev rumıniyalı Puşkau Lonel ilə qarşılaşır.

***

Elvin Mürsəliyev qələbə qazanır və 1/4 finala vəsiqə əldə edir.

***

130 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Sabah Şəriəti ukraynalı Kuçmi Mykola ilı qarşılaşacaq.

***

Sabah Şəriəti rəqibi 8:0 hesabı ilə məğlub etdi və təmiz qələbə qazandı.

***

66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Həsən Əliyev növbəti görüşünə çıxır. O, belaruslu Mixayıl Simyonovla qarşılaşır.

***

Həsən Əliyev 3:0 hesabı ilə qalib gələrək yarımfinala çıxdı.

***

130 kq çəki dərəcəsində Sabah Şəriəti gürcüstanlı Kajala Lakobi ilıə qarşılaşır.

***

Sabah Şəriəti 5:2 hesablı qələbə qazanaraq yarımfinala çıxır.

***

130 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Sabah Şəriəti növbəti görüşünə çıxır. O, belaruslu Loseb Çuqoşvili ilə qarşılaşır.

***

75 kq çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev rusiyalı Çingiz Ramazanovla üz-üzə gəlir. Bu görüşün qalibi yarımfinala vəsiqə qazanacaq.

***
Sabah Şəriəti təmiz qələbə qazanır 6:0. İdmançımız finaldadır.

***

Elvin Mürsəliyev 4:2 hesabı ilə qalib gəlib yarımfinala vəsiqə qazandı.

***

66 kq çəki dərəcəsində güləşçimiz Həsən Əliyev yarımfinal görüşünə çıxır. O, bu oyunda erməni Miqran Arutyunyanla qarşılaşır.

***

Həsən Əliyev 3:0 hesabı ilə öndədir. 

***

Həsən Əliyev 5:8 hesabı ilə uduzdu. Erməni rəqib qələbə qazanaraq finala vəsiqə əldə edir. 

***

75 kq çəki dərəcəsində güləşçimiz Elvin Mürsəliyev növbəti görüşünə çıxacaq. O, finala vəsiqə uğrunda gürcüstanlı Zurabi Datunaşvilli ilə qarşılaşacaq.

***

Mürsəliyev 3:2 hesabı ilə qələbə qazanaraq final vəsiqə qazanıb. 

***
66 kq çəki dərəcəsində güləşçimiz Həsən Əliyev bürünc medal üçün xalça üzərinə çıxır. O,serbiyalı Aleksandr Maksimoviçlə qarşılaşır.

***
Həsən Əliyev 4:0 hesabı ilə qələbə qazanıb.