YUNESKO-nun “Sülh uğrunda artisti”, gürcüstanlı pianoçu Elisso Bolkvadze Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 22-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
“Qafqazinfo” xəbər verir ki, konsert ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.