Heydər Əliyevin 100 illiyi ilə bağlı növbəti ağacəkmə aksiyası - Fotolar

heyder-eliyevin-100-illiyi-ile-bagli-novbeti-agacekme-aksiyasi
Oxunma sayı: 1714

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri bu gün də davam edib.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri, Dövlət Statistika, Dövlət Gömrük komitələri, Konstitusiya Məhkəməsi və Azəristiliktəchizat  ASC-nin rəsmiləri və əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara  qayğı ənənələrini davam etdirməkdir.