Heydər Əsədov bayramda seçiciləri ilə bir arada - Fotolar

heyder-esedov-bayramda-secicileri-ile-bir-arada
Oxunma sayı: 2672

Milli Məclisin deputatı Heydər Əsədov Şirvan şəhərində Novruz bayramı münasibətilə keçirilən şənliklərdə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, parlamentari aztəminatlı və şəhid ailələrinin uşaqlarına, eləcə də istedadlı gənclərə hədiyyələr təqdim edib.

Bundan sonra deputat 50-dən çox aztəminatlı və şəhid ailəsi ilə görüşərək, onlara bayram sovqatı verib.

Deputat, həmçinin seçicilərin müraciətlərini nəzərə alaraq, əsaslı təmir etdirdiyi xeyir-şər evinə baxış keçirib. Elə buradaca seçicilərin problemləri ilə maraqlanıb və həlli üçün müvafiq tədbirlərin görüləcəyini onların diqqətinə çatdırıb.