Heydər Əsədov növbəti vətəndaş qəbulu keçirdi - Fotolar

heyder-esedov-novbeti-vetendas-qebulu-kecirdi
Oxunma sayı: 2970

Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatının Qərargahında vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı millət vəkili vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlər əsasən məşğulluq, sosial müdafiə, təhsil və digər sahələri əhatə edib.

Vətəndaşları narahat edən problemlərin bir qismi yerində həll edilib.

Bir sıra aztəminatlı və şəhid ailəsindən olan tələbələrin təhsilhaqqı millət vəkili tərəfindən ödənilib, maddi yardımlar edilib.

Deputat dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, vətəndaş müraciətlərinə bundan sonra da diqqətlə yanaşılacağını, qaldırılmış problemlərin bir daha araşdırılması üçün aidiyyatı orqanlara göndəriləcəyini və icrasını nəzarətdə saxlayacağını vurğulayıb.

Parlamentari daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şirvan şəhərində ağacəkmə aksiyasında iştirak edib. Aksiya Şirvan-Hacıqabul avtomobil yolunun Heydər Əliyev prospektindən keçən hissəsində baş tutub. Aksiyada, həmçinin Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov və ictimaiyyət nümayəndləri iştirak edib. Tədbir zamanı yerli iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı müvafiq tədbirlər görülüb.