Hidayət Heydərov 6-cı dəfə AÇ finalında! - Yenilənib + Video

hidayet-heyderov-6-ci-defe-ac-finalinda
Oxunma sayı: 6312

Gürcüstanda keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycan idmançılarından yalnız Hidayət Heydərov mübarizəyə başlayacaq.

O, 73 kq çəki dərəcəsində ilk görüşünü yunanıstanlı Konstantinos Tsaparasa qarşı keçirəcək.

***

Hidayət Heydərov Tsparasa ipponla qalib gəlib.

***

Hidayət Heydərov 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib və 1/4 finala yüksəlib. 

***

Hidayət Heydərov 1/4 finalda fransalı Dayyan Baulemtafesə ipponla qalib gələrək finala çıxıb. 

***

Hidayət Heydərov yarımfinalda türkiyəli Bilal Çiloğlu ilə qarşılaşacaq. 

***

Hidayət Heydərov B.Çiloğlunu məğlub edərək AÇ-nin finalına vəsiqə qazanıb. Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq. Final görüşləri saat 16:00-dan etibarən başlayacaq. 

Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanıb. O, bunların 4-də çempion olub, birində isə gümüş medal əldə edib.