Həmin sürücü cəzalandırıldı

hemin-surucu-cezalandirildi
Oxunma sayı: 1465

Azyaşlını avtomobilin ön oturacağında daşımaqla kobud qayda pozuntularına yol verən sürücü barəsində tədbir görülüb.

Baş DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, qayda pozuntusu ilə bağlı sosial mediada yayımlanan məlumat əsasında araşdırma aparılıb.

Nəticəyə əsasən, qayda pozan sürücü Əliyeva İlahə Xudu qızı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

“Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların dəfələrlə ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır”, - məlumatda vurğulanıb.