Türkiyəli şahmatçı Yağız Kaan Erdoğmuş 2700 ELO (şahmatçıların bacarıq səviyyələrini hesablayan üsul) baryerini aşaraq dünya şahmat tarixinə “bu səviyyəyə çatan ən gənc şahmatçı” kimi düşüb.
“Qafqazinfo” xəbər verir ki, 14 yaşlı zəka sahibi Monakoda keçirilən “Nəsillərin qarşıdurması III” (Clash of Generations III) turnirində sabiq dünya çempionu Veselin Topalovu məğlub edərək bu tarixi uğura imza atıb.
Bununla da Yağız Kaan 15 yaşında bu zirvəyə çatan çinli ulduz Vey İyə məxsus olan rekordu yeniləyib.
Müqayisə üçün qeyd edək ki, dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsen və hazırkı dünya çempionu Dommaraju Qukeş bu baryeri yalnız 16 yaşlarında keçə bilmişdilər.
Gənc ulduz eyni zamanda Türk şahmat tarixinin ən yüksək ELO reytinqinə çatan idmançısı olub. Hazırda o, canlı reytinq cədvəlində dünyanın ən yaxşı 50 şahmatçısı sırasına daxil olub.
Son xəbərlər
Son Xəbərlər