Dünya bazarlarında Azərbaycan nefti yenidən bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” (CIF) markalı neftimizin 1 barelə olan qiyməti 2,54 ABŞ dolları və ya 2,25% artaraq 115,55 ABŞ dolları olub.
Qeyd edək ki, neftimiz ötən gün 113,01 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Son xəbərlər
Son Xəbərlər