Əhaliyə pul paylamağı təklif etdi

ehaliye-pul-paylamagi-teklif-etdi
Oxunma sayı: 1086

“ABŞ-də işsizliklə mübarizənin ən yaxşı yolu hakimiyyətin əhaliyə pul paylamasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə amerikalı milyarder İlon Mask çıxış edib.

Onun sözlərinə görə, süni intellekt insanı əmək bazarından sıxışdırdığı üçün ölkədə işsizlik səviyyəsi artır. Maskın fikrincə, federal hökumətin vətəndaşlara pul paylaması yüksək gəliri təmin etməyə imkan verə bilər.

“Süni intellekt/robototexnika pul kütləsinin artımını xeyli üstələyən həcmdə mal və xidmət istehsal edəcək, buna görə də inflyasiya baş verməyəcək”, - o, “X” hesabında yazıb.