“Hizbullah” yalvarır, atəş açsalar...”

hizbullah-yalvarir-ates-acsalar
Oxunma sayı: 1082

İsrailin Müdafiə naziri İsrael Katz Livandakı hərbi əməliyyatların gedişatı və ordunun strateji hədəfləri ilə bağlı videoaçıqlama yayıb.

“Qafqazinfo” “The Times of Israel”ə istinadla xəbər verir ki, nazir “Əbədi Qaranlıq” əməliyyatının “Hizbullah”ı ciddi şəkildə zəiflətdiyini bildirib.

O qeyd edib ki, bu əməliyyat qruplaşmanı nüfuzetmə dərinliyi və zərbənin miqyası qarşısında çaşqın vəziyyətə salıb:

“Təkcə dünən 200-dən çox terrorçu məhv edildi və bu kampaniyada məhv edilənlərin ümumi sayı 1400-ü keçib. Hazırda “Hizbullah” atəşkəs üçün yalvarır və onun iranlı havadarları İsrailin qruplaşmanı əzəcəyindən ciddi narahatlıq keçirərək təzyiq göstərirlər. İran İsrailə atəş açacağı təqdirdə, ordumuz güc tətbiq etməyə tam hazırdır”.

Xatırladaq ki, bundan öncə ABŞ-nin müharibə naziri Pit Heqset də analoji çıxış edərək, İranın atəşkəs üçün yalvardığını iddia etmişdi.