“Hörümçək” sözünü “spayder”lə əvəzlədilər, hamı tənqid etdi

horumcek-sozunu-spayderle-evezlediler-hami-tenqid-etdi
Oxunma sayı: 12172

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.

O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb.

Xəbəri rusca oxuyun: Замена слова в словаре "паук" на “spider” - подверглась жесткой критике

“İki akademikin (Möhsün Nağısoylu və İsa Həbibbəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…”, - Q.Məhərrəmli qeyd edib.

Əlavə edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.

Qeyd edək ki, 2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.