Hulusi Akar Azərbaycan Müdafiə nazirinin müavini ilə görüşdü

Hulusi Akar Azərbaycan Müdafiə nazirinin müavini ilə görüşdü
Oxunma sayı: 3528

Azərbaycanın Müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovu Türkiyəyə səfər edib.

"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, Ramiz Tahirov Türkiyənin Müdafiə naziri Hulusi Akar arasında görüş baş tutub. Hulusi Akar Ermənistanın son günlə Tovuz istiqamətində həyata keçirdiyi təxribatla bağlı münasibət bildirib: "Qurduqları bu təxribat altında qalacaq, bu təxribatın altında boğulacaq və etdiklərinə görə mütləq cavab verəcəklər". 

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Quru Qoşunlarının komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbalın da iştirak etdiyi bildirilir. 

Hulusi Akar, baş verən hücumlardan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə, özünün isə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla mütəmadi əlaqədə olduğunu və hadisələri yaxından izlədiyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi