“Huner Group”dakı tikintidə faciə - Yenilənib

huner-groupdaki-tikintide-facie
Oxunma sayı: 1819

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki tikinti meydançasında qeydə alınıb.

Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı aşıb.

Nəticədə o, hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Modern.az-ın məlumatına görə, hadisə “Huner Group” MMC-də qeydə alınıb.