Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə Türkiyənin nüfuzlu media qurumlarından biri olan Demirören İnformasiya Agentliyi (DHA) əməkdaşlığı genişləndirirərək yeni layihələrə imza atıblar. Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov və DHA-nın baş direktoru Celal Korkut arasında iki müqavilə imzalanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyet" qəzetində qeyd olunub.
Bildirilib ki, Trend, DHA-nın Türkiyədə fəaliyyət göstərəcək informasiya resursunun Azərbaycan və ingilis dilli versiyalarının işini təşkil edəcək.
Tərəflər arasında imzalanan digər müqaviləyə əsasən, DHA və Trend artıq informasiya texnologiyaları (IT) sektorunda da əməkdaşlıq edəcək.