Husilər ABŞ gəmisinə hücum edib

husiler-abs-gemisine-hucum-edib
Oxunma sayı: 924

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən hücum edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi məlumat verib.

Amerika hərbi gəmisindən başqa, raket zərbəsi Ədən körfəzi və Hind okeanında iki ticarət gəmisini hədəf alıb.