İyulun 5-nə qədər icazəsi olanlar yeni icazə ala bilmir

iyulun-5-ne-qeder-icazesi-olanlar-yeni-icaze-ala-bilmir
Oxunma sayı: 12336

Məlum olduğu kimi, sərtləşdirilmiş karantin rejiminin iyulun 20-dək uzadılması ilə əlaqədar bu gündən "icaze.e-gov.az" portalından alınan bütün elektron icazələr silinib.

“Qafqazinfo” xəbər verir ki, 21 iyundan 5 iyul tarixinədək elan olunan xüsusi karantin rejimində fəaliyyətinə icazə verilmiş bir sıra sahələrdə çalışan insanlar hazırda portaldan icazə almaqda problemlərlə üzləşirlər.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, sistem daxil edilən məlumatları tanımır.

“ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, siyahıların formalaşdırılması və həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi prosesinə İqtisadiyyat Nazirliyi cavabdehdir.