İçərişəhərdə “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans

iceriseherde-ulu-onder-ve-milli-menevi-deyerlerimiz-movzusunda-konfrans
Oxunma sayı: 1770

“Heydər Əliyev İli” çərçivəsində İçəriçəhər “Cümə” məscidi icmasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli ümummilli lider Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərinindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən, onun ölkəmizin inkişaf və tərəqqisi üçün atdiği addımlardan, ölkədəki dini ibadər yerlərinin təmiri, bərpasi və qorunması istiqamətində görgüyü işlərdən danışıb.

Tədbirdə çıxış edənlər Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Bəxtiyar Nəcəfov, şəhid anaları Mehriban Əmrahova və Mehriban Əbdürrəhmanova qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində Heydər Əliyevin çox böyük xidmətləri olub.

Qeyd edilib ki, hazırda ulu öndərin ali ideyalarının gerçəkləşməsində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edirlər.