İcra başçısı sakinlərin müraciətlərinin həllinə dair göstərişlər verdi - Fotolar

icra-bascisi-sakinlerin-muracietlerinin-helline-dair-gosterisler-verdi
Oxunma sayı: 1142

Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqainfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü Akademik Zərifə Əliyeva adına liseyin akt zalında baş tutub.

Tədbirdə habelə Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin və MKTB-nin rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş edib.

Yasamal rayonunun sakinləri qəyyumluq məsələləri, yanğından zərər çəkmiş sakinlərin evlə təminatı, qurumuş ağacların budanması, həyətlərin abadlaşdırılması, məşğulluq, istilik sistemi üzrə borclar, bina bloklarının təmiri, mənzil növbəsi, sosial yardım və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.