Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Allahverdiyeva vəzifəsindən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, rayonun icra başçısı Orxan Mürsəlov bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, V.Allahverdiyeva Gədəbəy RİH-də İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini də icra edib.
Yunis Quliyev