İcra başçısının müavinini maşın vurdu

icra-bascisinin-muavinini-masin-vurdu
Oxunma sayı: 11006

Sabirabadda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil Sabirabad rayon İcra Hakimiyyəti başçısının 2-ci müavini Vahid Həsənovu vurub. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.