“İctimai nəqliyyat elə-belə çıxıb sıxlıq yaradanlar üçün işləmir”

ictimai-neqliyyat-ele-bele-cixib-sixliq-yaradanlar-ucun-islemir
Oxunma sayı: 1253

“Gündəlik daşınan sərnişin sayında 60-70 % azalma var”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev İctimai TV-də qonaq olarkən deyib. Bildirib ki, hazırkı vəziyyətlə bağlı əvvəlcədən fəaliyyət planları hazırlanıb:

“Sərnişinlərin sayında azalma olsa da, marşrut avtobuslarının sayında heç bir azalma yoxdur. Əvvəlki günlərdə nə qədər avtobus xəttə çıxırdısa, hazırda say eynidir. Əlavə olaraq 7 ekspress xətt fəaliyyət göstərir.

Bu gün ictimai nəqliyyatın fəaliyyətinin saxlanılmasının əsas məqsədi həyatı vacib sahələrdə çalışan insanların hərəkətini təmin etməkdir, kiminsə elə-belə çıxıb sıxlıq yaratmağının yox”.